Kriminal
Sürücü həmkarına atəş açan Masazır sakini tutulub
İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.
Oğurluqda şübhəli bilinən Bankə sakini tutulub
Neftçala rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki evlərdən birindən 550 manat pul oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Rəhim Süleymanov tutulub. Faktla bağlı araşdırma aparılır.
Bu iki general vətəndaşları QANUNSUZ DİNLƏYİRMİŞ - MTN işi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Arvadını əxlaqsızlıq yuvalarına apardı və...
Dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib.
5 evi qarət edən yaxlanıb
5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər olan müddətdə paytaxt ərazisində 5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ramiz Abbasov tutulub.
81 yaşlı atasını diri-diri yandıran oğul MƏHKƏMƏ QARŞISINDA
81 yaşlı atasının üstünə benzin tökərək yandırıb öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
RF Ədliyyə Nazirliyi Lapşinin ekstradisiyası ilə məşğul olmağa hazırdır
Azərbaycanda həbs edilərək 3 il azadlıqdan məhrum edimiş Aleksandr Lapşin Rusiyaya ekstradisiyası ilə bağlı müraciət edərsə, RF Ədliyyə Nazirliyi buna təşəbbüs göstərəcək.
“MTN işi” məhkəməsində general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə yaranıb
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ələkbər Heydərovun epizodu üzrə ləğv edilmiş MTN-in Antiterror mərkəzinin sabiq əməkdaşı Fuad Fətəliyev ifadə verib.
Azərbaycanda şirkət rəhbəri həbs olundu
“Bəzi sahibkarlar tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir”.
500 minlik cinayət törədən keçmiş MTN polkovnikinin MƏHKƏMƏSİNDƏ OLANLAR
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Nardaran işi"ndə həbs olunanlar hakimə ayaqqabı atdılar
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxaq axtarışa verdiyi şəxs Rusiyada tutulub. Azərbaycan vətəndaşı Teymur Məmmədov Samara şəhərində adam oğurluğu cinayətinə görə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.
Vəkil sabiq deputatla bağlı bütün gizlinləri AÇDI və bunu TƏLƏB ETDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rusiyada axtarışda olan azərbaycanlının meyiti tapıldı
Dünən Kiyevdə qətlə yetirilən Rusiya vətəndaşının kimliyinə aydınlıq gəlib. Bu şəxs milliyətcə azərbaycanlı, Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur. O, qətl hadisəsinə görə Rusiya Federasiyası tərəfindən axtarışa verilibmiş. Onun qisas zəminində qətlə yetirildiyi ehtimal edilir.
Qəbələ sakinini həyətində 76 çətənə kolu aşkar edilib
Qəbələ rayonunun Tikanlı kənd sakinindən ümumilkdə 2,553 kq marixuana, həyətyanı sahəsindən isə 76 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qəbələ Rayon Polis Şğbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakini Ataman Hacıyevdən 1,2 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 552 qram marixuana, həyətyanı sahəsindən isə 76 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.














