Kriminal
Evlərin qənimi ələ keçdi
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki evlərdən birindən 300 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hafiz Allahverdiyev tutulub.
Mənzil oğrusunun digər cinayətləri açıldı
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxs əlavə olaraq daha 2 evdən və 1 avtomobildən oğurluq etməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Əli Əsgərlinin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-mart ayları ərzində 2 evdən və 1 avtomobildən ümumilikdə 500 manat, 300 metr elektrik naqili və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Lənkəranda DƏHŞƏTLİ HADİSƏ: 5 nəfəri öldürdü, 5-ni ölümcül YARALADI, amma...
Ötən ilin sentyabrında 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Başına butulka vuraraq öldürdü
Cari il iyul ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butılka) xəsarət yetirməsi müəyyən edilib. S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
"Lotu Quli" Sabirabadlı Hikmətin qohumuna niyə "oğru" adı vermədi? - DÜŞMƏNLİYİN TARİXİ
"Lotu Quli"nin mərhum Sabirabadlı Hikmətin qardaşı oğlu Məmmədqulu Muxtarova "qanuni oğru" adı verilməsinin əleyhinə olmasının təfərrüatı bəlli olub. Məsələnin kökü çox uzaqlara gedib çıxır. Söhbət ondan gedir ki, avtoritetlərin hər ikisi eyni vaxtda Bayıl həbsxanasında cəza çəkərkən Quliylə Hikmət arasında insident baş verib. Quli oğru qanunlarına zidd gedərək Azərbaycan kriminal avtoritetlərinin arasında "böyük qardaş" kimi çağırılan "Sabirabadlı Hikmət"ə əl qaldırıb.
Lapşin son SÖZÜ DEDİ: “Çox peşmanam”
Bakıda həbsdə olan bloger Aleksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə baş tutan prosesdə Aleksandr Lapşinin vəkili Eduard Çernin müdafiə nitqilə çəxış edib. Vəkil Lapşinin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Yol polisini vurub qaçan şəxs saxlanıldı
Masallıda yol polisini avtomobillə vurub qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.
Quldurluq edən şəxs yaxalanıb
Quldurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 17-də Nəsimi rayonunun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevi döyüb 170 manat pulunu və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər.
"Vəhabilər metronu partladacaq" deyən şəxs: "Qardaşım ölmüşdü...."
Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsindəm hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. R.Sahabov ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, həmin vaxt spirtli içkinin təsirində olub: "Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim. Onsuz da özümü təqsirli bilirəm. Dərmanla yaşayıram, məhkəməyə gedib-gələ bilmirəm".
İnterpol daha bir azərbaycanlını axtarır
İnterpol daha bir Azərbaycan vətəndaşını axtarışa verib. 1986-cı ildə Tacikstanda anadan olan Edqar Nəsirov Rusiya məhkəmə orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilib. R.Nəsirov istintaqdan yayındığı üçün Rusiya məhkəməsi onun haqqında həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan edib.
“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Vidadi Zeynalov son sözündə ittiham aktını qəbul etmədiyini deyib. O, hər zaman fəaliyyət göstərdiyi sahələrin inkişafına çalışdığını bildirib: "Mən ölkə rəhbərinə, dövlətimizə və xalqıma sədaqətlə xidmət etmişəm. Mən ömrümdə heç kəsə pislik etməmişəm. Bütün həyatım boyu yalnız insanların yaxşı yaşaması üçün çalışmışam”.
Rəis oğlu piyadanın üstündən keçdi
İyulun 18-də Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları bəlli olub. Məlumata görə, piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsusdur. Belə ki, hadisənin Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.
Oğlu adam öldürən iş adamına yeni ittihamlar
Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etməyib
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan idarə rəisi, generalı Akif Çovdarovun kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
İşlədiyi restoranın pulla dolu seyfini oğurladı - Bakıda
Bakıda restorandan içərisində xeyli pul olan seyfi oğurlanıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 16-da Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edib. O, izahatında hadisənin bir gün əvvəl baş verdiyini, lakin aradan ötən müddətdə öz axtarışlarının nəticə vermədiyini bildirib.














