Kriminal

Qonaq gəldi: qadının yatmağını gözləyib, otağına girdi...

18 İyul 2017 18:10

Qohumun evindən quldurluq etməkdə təqsirləndirilən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədirliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, S.Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib, spirtli içki içdikdən sonra tamah məqsədi ilə evdən qızıl və pul oğurlamaq istəyib.

Ölkəyə narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

18 İyul 2017 17:32

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-dan “Olaylar”a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində “Astara” sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

Masallı  sakinindən “F-1” qumbarası götürülüb

18 İyul 2017 17:30

Masallı sakinində “F-1” qumbarası aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Keşlə dəmir yolu stansiyasının ərazisində Masallı rayon sakini Ziyafət İbadova məxsus “KamAZ” markalı avtomobilə baxış zamanı “F-1” qumbarası və 1 ədəd alışdırıcı aşkar edilərək götürülüb.

Yevlax sakinindən “Makarov” götürülüb

18 İyul 2017 17:29

Yevlax şəhər sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Qnyaz Bəkirovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır.

Gömrükçülər külli miqdarda telefon müsadirə ediblər

18 İyul 2017 17:26

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "BMV-520" markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karton qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.

Həbsdəki oğluna mobil telefon ötürmək istədi

18 İyul 2017 17:25

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Baş idarə və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

6 kq narkotik vasitə dövriyyədən çıxarılıb

18 İyul 2017 17:11

Ötən gün DİN-in müvafiq qurumları tərəfindən bu sahədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.

Ton yarım dollarla tutulan polkovnikin Telman İsmayılovla əlaqəsi üzə çıxdı

18 İyul 2017 17:07

Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş polkovniki, ötən ilin sentyabrında həbs olunan Dmitri Zaxarçenkonun işi üzrə şahidlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun adını çəkiblər. Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Sosial sahədə qəbul edilən qanunlar insanlaın xeyrinədir

18 İyul 2017 16:57

Son illər ərzində Azərbaycan parlamenti sosial sahədə çoxlu sayda qanunlar qəbil edib. Hazırda həmin qanunların böyük əksriyyəti qüvvədədir. Maraqlıdır, sözügedən qanunlar ölkə əhalisinin sosial rifahına nə dərəcədə təsir edir? Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov bildirib ki, ölkə parlamenti tərəfindən qəbul edilən qanunların əhəmiyyəti danılazdır.

Barda Rövşən Lənkəranskiyə həsr olunmuş mahnı istədi, öldürüldü 

18 İyul 2017 14:58

Bakıda gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində barda "DJ" işləyən Abdurrahman Almiyaşov dindirilib.

"Lotu Quli" Sabirabadlı Hikmətin qardaşı oğluna "vor" adı vermədi - TÜRKİYƏDƏ "SXODKA"

18 İyul 2017 12:59

Türkiyədə məşhur kriminal avtoritet "Kor Hüseyn"in iki nəfərə qanuni oğru adı verilməsinə mane olunub.  "Kor Hüseyn" öz ad günündə İlyuxa Qaqauzski və Məmədqulu Muxtarova qanuni oğru adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. Hazırda həbsdə yatan "Lotu Quli" (Nadir Səlifov) "Kor Hüseyn"ə onun başının üstündən heç bir azərbaycanlıya qanuni oğru adı verilməsinin mümkün olmayacağını çatdırıb.

Bakıda silah alverçisi saxlanılıb - "TT" satacaqmış

18 İyul 2017 12:02

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

İnterpol Rusiyada cinayət törədən bu azərbaycanlını axtarır

18 İyul 2017 11:13

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1967-ci ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olan İlqar Rüstəmov Rusiyada cinayət törətməkdə təqsirləndirilir. O, Rusiyada azyaşlıya qarşı seksual hərəkətlər etməkdə günahlandırılıb. Rusiyanın məhkəmə orqanı İ.Rüstəmovun istintaqa cəlb edilməsi və barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

İcra Hakimiyyətinin nümayəndələrinə atəş açmış şəxs həbs edildi

17 İyul 2017 18:24

Novxanıda hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərmiş şəxs həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də əvvəllər məhkum edilmiş Sumqayıt şəhər sakini, Novruzov Eldar Ağabala oğlu Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yolun genişlənməsi və abadlıq-quruculuq işlərinin aparılmasına, həmçinin ümumi görünüşə xələl gətirən reklam lövhələrinin dəyişdirilməsinə etiraz əlaməti olaraq heç bir əsaslı səbəb olmadan, həmin vaxt küçədə olan şəxslərin gözləri qarşısında üstündə gəzdirdiyi "Makarov" markalı tapança ilə onlara tərəf 3 dəfə atəş açıb.