Kriminal

Həbs olunan generalın oğlundan etiraf

17 İyul 2017 16:21

"Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb". Bu sözləri açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu  Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Ukraynada azərbaycanlı iş adamı yoxa çıxdı

17 İyul 2017 16:08

Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib. Luqanskda yaşayan azərbaycanlıların APA-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.

Rusiyada Azərbaycan vətəndaşı sui-qəsd cəhdində ittiham edilir

17 İyul 2017 16:06

Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib. Bu barədə Rusiya mətbuatı xəbər verir.

Həbsdə olan general: "Elə qaçardım ki, izimi tapa bilməzdiniz"

17 İyul 2017 16:04

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Telefon oğrusu yaxalanıb

17 İyul 2017 15:21

Oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 14-də Gəncə şəhər sakini Rəşad Qasımovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi Ramin Əsgərov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.

Daxili orqanında narkotik vasitə aşkar olunub

17 İyul 2017 15:04

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a  verilən məlumata görə,baxış zamanı həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda ev oğruları saxlanıb

17 İyul 2017 15:00

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirib.“Olaylar” DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tərbirləri nəticəsində bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.

İşlədiyi şirkətdən pul oğurlayaraq mərc oyununda uduzub

17 İyul 2017 14:19

Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü açılıb və bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Məlumat daxil olan kimi DİN-in Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Ailənin tək övladı ürəyindən bıçaqlanaraq qətlə yetirilib

16 İyul 2017 14:10

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qətl hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib. Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Səbail RPİ-dən verilən məlumata görə, ilkin olaraq 1 nəfər şübhəli şəxs (hələlik adı açıqlanmır) kimi saxlanılıb.

İnterpol 30 yaşlı bu azərbaycanlını axtarır

14 İyul 2017 18:00

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1987-ci il təvəllüdlü Elçin Pirişov dələduzluqda təqsirləndirilib. Azərbaycanın məhkəmə orqanı tərəfindən barəsində həbs qəti imkan tədbiri seçilən E.Pirişov istintaqdan yayındığı üçün onun axtarışa verilməsi barədə qərar çıxarılıb.

Nişanlısını qətlə yetirən şəxs: “"Onunla həmişə hamamda görüşürdük"

14 İyul 2017 17:59

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı Ramin Nağdəliyevə verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxs ittihama münasibət bildirək özünü təqsirli bilib. Nəcəf Məcidov qeyd edib ki, nişanlısı ilə həmişə hamamda görüşüb: "Həmin gün də görüşümüz hamamda idi. Hava soyuq olduğu üçün qapını da içəridən bağladım  ki, içəri isti olsun. Mübahisə etdik. Sözlərimə qulaq asmırdı.