Kriminal
Peşə məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Müsadirə edilmiş pirotexniki məhsulların talanması faktı üzrə cinayət işi başlanıb
Məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə olunmuş pirotexniki məmulatların mənimsənilməsi barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Lənkəranda 6 günlük körpənin nənəsi tərəfindən öldürüldüyü məlum olub
Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürüldüyü məlum olub. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən körpənin nənəsi Atifə Nurullayeva saxlanılıb. O, polisə verdiyi ilkin ifadəsində nəvəsinin bədəninə iynə batıraraq onu öldürdüyünü və daha sonra meyitini quyuya atdığını etiraf edib. A. Nurullayeva bildirib ki, hadisəni törətməsinə səbəb yeni doğulan ikinci nəvəsinin də qız olması ilə bağlıdır.
Bakıda insan alveri ilə məşğul olan qadın tutuldu
Bakıda qadınları fahişəliyə cəlb edən şəxs tutulub. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin 243 (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları təşkil etmə) maddələri ilə axtarışda olan 1976-cı il təvəllüdlü Səlifova Nazilə Salman qızını yaxalayıblar.
Məktəbdə cinayət: kompüterləri söküb oğurluq etdi
Bakıda orta məktəblərdən birində oğurluq hadisəsi baş verib. DİN xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki orta məktəblərdən birində 24 ədəd kompüterin prosessorunun platalarını sökərək oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini olan bir yeniyetmə tutulub.
Bakının mərkəzində turistə qarşı CİNAYƏT
Bakıda soyğunçuluq hadisəsi baş verib. Oman vətəndaşı Abdulla Naseer Əlhadabi polisə mürciət edərək bildirib ki, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində Murad adlı şəxs onu soyub. Şikayətçinin sözlərinə görə, həmin küçədə Murad ondan pul istəyib. Bakıya turist kimi gəlmiş Oman vətəndaşı pul qabını cibindən çıxaran kimi həmin şəxs onun əlindən pul qapını alaraq qaçıb.
Bakıda Gürcüstan vətəndaşından 5 kiloqrama yaxın narkotik götürülüb
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Gürcüstan vətəndaşı Maksime Kobuladze saxlanılıb.
Türkiyəli iş adamlarına qarşı dələduzluq edən şəxs axtarışa verilib
Türkiyəli iş adamlarına qarşı dələduzluq edən Azərbaycan vətəndaşı axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, 1969-cu il təvəllüdlü Aslanlı Füzuli Aslan oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edilib.
Taleh Bağırov və Fuad Qəhrəmanlı ilə bağlı YENİ ADDIM
Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərləri həbsxanaya etap ediliblər.
Bakıda cinsi azlıq nümayəndələrindən növbəti CİNAYƏT – Pul alıb getdilər
Bakıda cinsi azlıq nümayəndələrinin törətdiyi daha bir əməllə bağlı polisə məlumat daxil olub. Sabunçu rayon Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsində cinsi azlıq nümayəndəsi olan 2 nəfər 28 yaşlı iş adamı Ramal Rzayevdən quldurluq yolu ilə pul tələb ediblər. Həmin şəxslər R.Rzayevin üzərindəki 970 manat pulu götürərək uzaqlaşıblar.
Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib - YENİLƏNİB
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə iclasda bəzi sənədlər elan edilib. Akif Çovdarov telefon danışıqlarının dinləməsi, zərərçəkmiş İlham Qasımovla bağlı və digər epizodlar üzrə ifadə verib.
Qubada itən azyaşlı qız tapıldı
İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.
Bakıda qızıl dişli protezlər oğurlayan yeniyetmələr tutuldu
Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə oğrular tutulub.
Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb
Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Lənkəranda narkotik plantasiyası aşkar edildi
Lənkəranda narkotik plantasiyası aşkar edilib. DİN xəbər verir ki, Lənkəran Rayon Mühafizə Şöbəsindən Şəhər Rayon Polis Şöbəsinə Kənarmeşə kəndinin ətrafındakı ərazidə narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair şübhələrin olması barədə əməliyyat məlumatı daxil olub.














