Kriminal
İki nəfərə xəsarət yetirən şəxs tutulub
Müşfiqabad qəsəbə sakinlərinə xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 18-nə keçən gecə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindən qəsəbə sakinləri Rəvan İsgəndərov və Emil Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Cəfərov Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Mağazalardan 1041 manatlıq oyuncaq oğurlanıb
Mağazalardan ümumilikdə 1041 manat dəyərində oyuncaq oğurlamaqda şübhəli bilinən şəxslər tutulubar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyul ayının 27-də rayon ərazisindəki mağazalardan birindən 41 manat və 1000 manat dəyərində oyuncaq oğurlamaqda şübhəli bilinən Vurğun Həsənov və Orxan Hacıyev tutulubar.
Quldurluqda şübhəli bilinən şəxs saxlanıb
Quldurluqda şübhəli bilinən Bərdə şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Nicat Abdullayevdən quldurluq yolu ilə 80 manat almaqda şübhəli bilinən şəhər sakini Emin Qəhrəmanov tutulub.
Dünya çempionunu öldürən Anardan XƏBƏR VAR
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək. "Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır". Bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.
Avtoyumadan maşın qaçıran uzaq gedə bilmədi
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
11 evdən oğurluq edən keçmiş məhkum ələ keçdi
Gəncədə 11 evdən oğurluq edən yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.
"Beynəlxalq Bank"ın keçmiş vəzifəli şəxsi məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin dələduzluqda təqsirləndirilən Maliyyə Menecmenti Departamentinin direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Əliyeva pulu faizlə borc aldığını deyib. O, əməlində dələduzluq faktı olmadığını bildirib.
Prokuror İŞİD-in tərkibində döyüşməkdə ittiham olunanalara cəza istədi
Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək R.Qasımovun 12 ilvə A.Qəhrəmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.
Vəkili Akif Çovdarova bəraət istəyib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışı edir. O, A. Çovdarova verilən ittihamların əsassız olduğunu deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Kanalda qadın cəsədi aşkarlanıb
Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Biləsuvarda şok qəza: bir avtobus xəstəxana işçisi ölüm ayağında – FOTO
Su mühərriki oğurlayan keçmiş məhkum tutulub
Suraxanı rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may-avqust ayları ərzində rayon ərazisindəki 2 həyətyanı sahədən ümumilikdə 30 metr su borusu və su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Məmmədov tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Sərxoş sürücü polisi aldatdı
Sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.
Avtomobil qaçıran saxlanıb
Avqustun 31-də “Mitsubishi” markalı avtomobili qaçıran şəxslər ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Əlibəy Heydərova məxsus “Mitsubishi” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini Fərid Səmədzadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.












