Kriminal
Çantada “beşbarmaq” aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Astana-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
Avtomobildə gizlədilən pirotexniki vasitə aşkar edildi
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Bakıda bina yanır
Baş Prokurorluq: Qadını vurub qaçan sürücü tutuldu
Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdü. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Daxili orqanında gizlədilən heroin aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib.
İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.
Qoyun oğrularinın əlləri qandallandı
Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. DİN mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, həmin gün saat 1 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib. Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər.
Ailəsini qumbara ilə hədələdi
Cəlilabadda ailəsini təhdid edən şəxsin evindən qumbara tapılıb. Daxili İşlər Nazirliyindən “Olaylar2a verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək, həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.
Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Oğru “iş başında” yaxalandı
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini tutularaq təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 20-də saat 05.24-də Gəncə şəhəri ərazisindəki mağazaların birindən Nizami (Gəncə) Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.
Namiq Qaraçuxurluya hücum etdilər
Meyxanaçı Namiq Qaraçuxurlu İranda konsert verib. “Olaylar” xəbər verir ki, meyxanaçı səfərdən fotolarını sosial şəbəkədə paylaşıb. Namiq paylaşımlarına “Bu da məni Azərbaycandan kənarda belə tanıdan, sevdirən, sənət “pasportum” “Rəvayət”. Musiqiçilərdən, səhnədən uzaq olduğum üçün səsdə problem oldu. Amma sevgidə heç bir problem olmadı. Allahın mənə hədiyyəsi tamaşaçı sevgisidir.
Bakıda 70 yaşlı kişi bıçaqlanıb
Bakıda ahıl kişi boğazından bıçaqlanıb. Məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Şərifzadə küçəsi 365, ev 10 ünvanında 1947-ci il təvəllüdlü Musazadə Məmmədhüseyn Yusif oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Ona boğaz nahiyəsinə bir, bədəninə isə iki bıçaq zərbəsi vurulub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Şagirdin hamiləliyinə görə tutulan müəllim azadlıqa çıxdı
2016-cı ilin oktyabrında, Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb. Bu barədə açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib. O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb: "Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi oğlum evdə olmayanda qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb".
Könül Xasıyeva ona 70 min atan müğənnini bağışladı
Xalq artisti Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb. Bunu muğam ifaçısının vəkili Şəfiqə Nağıyeva deyib. Onun sözlərinə görə, K.Xasıyeva ona 70 min manat atan müğənninin barəsində olan şikayət ərizəsini geri götürüb: "Könülün ona yazığı gəldi. Dedi ki, "yazıqdır, bu qərar götürülsün, amma mənim pulum ödənilsin". Xatirə də ona söz verdi ki, 70 min manatı ödəniləcək. Pulun 20 minini ödəyib. Qalan 50 mini isə oktyabr ayına kimi ödəməlidir". Ş.Nağıyeva qeyd edib ki, K.Xasıyeva xəstədir və müalicələr üçün pul xərcləyir:
"Bank Standard"ın keçmiş rəhbərinin barəsində cinayət işinin istintaqı dayandırıldı
"Bank Standard"ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviçin barəsində cinayət işinin istintaqı dayandırılıb. S.Kriman bir müddət əvvəl beynəlxalq axtarışa verilib. Bununla əlaqədar onun barəsində olan cinayət işinin istintaqının dayandırılmasına qərar verilib. Baş Prokurorluğun mətbuat xidmətinin bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan müxtəlif təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb. Ç.Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.












