Kriminal
Azərbaycanda məmurla bağlı araşdırma başladı
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir. Hüquq-mühafizə orqanlarından bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Azərbaycanlı iş adamı arvadını həbs etdirdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Bakıda 28 yaşlı biznesledi zorlandı
Rusiyada dünya çempionunu öldürən Anar barədə polisdən gözlənilməz açıqlama
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun azərbaycanlı Anar Allahverənov tərəfindən qətlinin araşdırılması davam edir. Anarın reputasiyası və qohumluq əlaqələri (onun böyük qardaşı analoji cinayətə görə hazırda həbsdədir - red.) nəzərə alınaraq, İstintaq Komitəsi onun başqa cinayətlərdə iştirakını yoxlayır. Hazırda Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə idarəsinin müstəntiqləri cinayət işinin araşdırılması çərçivəsində Anar Allahverənovun hərəkətlərindən digər zərərçəkənləri axtarır. İdarə Anar Allahverənovun hərəkətlərindən zərərçəkən vətəndaşları idarənin saytında göstərilən telefonlarla müraciət etməyə çağırıb.
Quba sakininə zor tətbiq edən dəstə zərəsizləşdirlib
Qubada zorakılıqla müayət olunan cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 23-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində naməlum 3 nəfər Quba rayon sakini Firuz Yusifova zor tətbiq edib 95 manat pulunu alıblar.
Yevlaxda silahlı insident
Sentyabrın 23-də Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb. Lakin B. Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.
Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…”— VİDEO
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı
Bakıda məşhur restoranda ölüm
Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, “Tbilisi” restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb və dünyasını dəyişib.
Bakıda dəhşətli hadisə: 44 yaşlı kişi 9 yaşlı qızı zorladı – TƏFƏRRÜAT
"İDEAL"ın keçmiş baş direktoru barəsində cinayət işi başlandı
Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan "İDEAL"ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb. İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.
Oğrunun digər əməlləri ifşa edilib
Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Zaur Süleykinin ətrafında Yasamal rayon Polis İdarəsinin 28-ci və 29-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 köşkdən, 1 qarajdan, 4 avtomobildən, habelə 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Bakı sakinindən heroin götürülüb
Quldurluq etməkdə şübhəli bilinən şəxslər tutuldu
Quldurluq etməkdə şübhəli bilinən Ağdam və Bərdə sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefon aparıblar.
Şok: Oğul ata və anasını qətlə yetirdi
Gədəbəy rayonunda dəhşətli qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib. Faktla əlaqədar cinayət işi başlanıb.









.jpg)



