Kriminal
Ərinin tanışını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Əmir oğlu Quliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən G. Məmmədova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"5 noutbuk, 156 stul, 14 stol götürmüşəm" - İşlədiyi məktəbi talan edən şəxs danışdı - VİDEO
Suraxanı rayonunda yerləşən orta məktəblərin birində qeydə alınmış oğurluq faktının üstünün açılması istiqamətində paytaxt polisi xüsusi əməliyyat tədbiri həyata keçirib. Bu barədə məktəb rəhbərliyi tərəfindən nazirliyin "102" Zəng Mərkəzinə məlumat daxil olub və bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd fərdi kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb. Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.
Avtomobilin gizlin saxlanc yerində telefon aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VOLKSVAGEN PASSAT” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Avtomobil qaçırıb satan şəxslər tutulub
Avtomobil qaçırmaqda şübhəli bilinən Beyləqan və Samux rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus “Daewoo” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar. Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilib.
Evləri qarət edən keçmiş məhkum saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən”Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyunun 15-də rayon ərazisindəki evlərin birindən 300 manat və 1200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasov tutulub.
Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsinə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, E. Hüseynovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən Aqilə Piriyevanın 2 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
Kanal rəhbərinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Akif Çovdarovun məhkəməsində təqsirləndirilənlər son söz deyir
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Vəkil Şahin Rəfiyev deyib ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə MTN polkovniki Səlim Məmmədov son sözlə çıxışa başlayıb. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu
Azərbaycanda dəhşətli qəza: ölən 7 nəfərdən 3-ü uşaqdı - ADLAR
Azərbaycan daha bir nəfəri axtarışa verdi
Azərbaycan Respublikası daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxalq axtarışa verib. Axtarışa verilmiş İran vətəndaşı 1985-ci il təvəllüdlü Babayi Məsud (Babaei Masoud) oğurluqda ittiham olunur.
Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının Külli miqdarda mənimsəmədə təqsirləndirilən xəzinədarı Eynal Səfərovun cinayət işi məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-ə təyin edilib.
Qadın alverçisi saxlandı
Biləsuvar şəhər sakini qadınları aldadaraq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “OlAYLAR”a verilən məlumata görə, Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş İradə Poladova qadınları aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Sabirabadda 6 ay əvvəl ölən qadını əri qətlə yetiribmiş
Cari il martın 9-da Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görülmüş tədbirlərlə X.Cəfərov tutulub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.














