Kriminal

Baş Prokurorluq narkotik vasitələrdən istifadə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir

29 Sentyabr 2017 14:45

Baş Prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir. Məlumata görə, bunu Respublika Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisdə keçirilən ictimai dinləmələrdə deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru deyil: “Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Eyni zamanda, əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək”.

Silsilə oğurluqla məşğul olan şəxs tutulub

29 Sentyabr 2017 14:09

Altı həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə bir evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə şəhər ərazsisindəki 6 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan İsmayılov tutulub.

Telefon oğrusu tutulub

28 Sentyabr 2017 14:18

Mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Bakı şəhər sakini Ruhanə Quliyevanın çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kənan İsmayılov tutulub. İlkin araşdırmalar zamanı onunəvvəllər məhkum olunduğu müəyyən edilib. 

Prokuror müğənni Aygün Bəylərin qardaşına cəza istəyib

28 Sentyabr 2017 13:15

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reketçilikdə təqsirləndirilən baş redaktor və müavininin həbs müddəti uzadılıb

28 Sentyabr 2017 13:02

Səbail Rayon Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin və onun müavini Hikmət Nəcəflinin barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtının uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Məlumata görə, məhkəmə onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırıb.

Vətəndaşlardan 12 min manat qoparan şəxs saxlanıb

28 Sentyabr 2017 12:26

Sumqayıtda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.

Ərinin tanışını bıçaqladı

28 Sentyabr 2017 11:45

Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Əmir oğlu Quliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən G. Məmmədova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"5 noutbuk, 156 stul, 14 stol götürmüşəm" - İşlədiyi məktəbi talan edən şəxs danışdı - VİDEO

27 Sentyabr 2017 15:55

Suraxanı rayonunda yerləşən orta məktəblərin birində qeydə alınmış oğurluq faktının üstünün açılması istiqamətində paytaxt polisi xüsusi əməliyyat tədbiri həyata keçirib. Bu barədə məktəb rəhbərliyi tərəfindən nazirliyin "102" Zəng Mərkəzinə məlumat daxil olub və bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd fərdi kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb. Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.

Avtomobilin gizlin saxlanc yerində telefon aşkar edilib

27 Sentyabr 2017 14:58

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VOLKSVAGEN PASSAT” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Avtomobil qaçırıb satan şəxslər tutulub

27 Sentyabr 2017 14:53

Avtomobil qaçırmaqda şübhəli bilinən Beyləqan və Samux rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus “Daewoo” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar. Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilib.

Evləri qarət edən keçmiş məhkum saxlanıb

27 Sentyabr 2017 14:43

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən”Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyunun 15-də rayon ərazisindəki evlərin birindən 300 manat və 1200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasov tutulub.

Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsinə cəza istəyib

27 Sentyabr 2017 12:17

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, E. Hüseynovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən Aqilə Piriyevanın 2 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

Kanal rəhbərinin məhkəməsi başlayıb

27 Sentyabr 2017 12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim  Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Akif Çovdarovun məhkəməsində təqsirləndirilənlər son söz deyir

27 Sentyabr 2017 12:01

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Vəkil Şahin Rəfiyev deyib ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə MTN polkovniki Səlim Məmmədov son sözlə çıxışa başlayıb. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.