Kriminal

Bakıda doğranmış halda meyiti aşkar edilən kişinin əli tapılıb

3 Oktyabr 2017 16:58

Bir müddət əvvəl Bakıda doğranmış vəziyyətdə aşkar edilən kişinin əli tapılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hissələrə parçalanmış kişi meyitinin sağ əli (dirsəkdən aşağı) Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilib. Artıq onun barmaq izləri və dırnaqları götürülüb. Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Azərbaycanlı müğənninin atası ÖMÜRÜLÜK HƏBS EDİLDİ - Arvadını öldürdüyü üçün

3 Oktyabr 2017 16:49

Abşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası, 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qurban Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Bakı sakini barmaqlarını tapança kimi tutaraq mağazanı qarət etdi

3 Oktyabr 2017 16:16

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Taleh Hümbətovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

Əlavə şahidlərin dindirilməsi istənildi - "MTN işi"

3 Oktyabr 2017 15:33

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

3 Oktyabr 2017 15:23

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətlərinə baxılır.

Avtomobil oğruları ələ keçiblər

3 Oktyabr 2017 14:54

Oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Cabir Quliyev və Elmir İsmayılov tutulublar. DİN-dən “Olaylar”a berilən məlumata görə, oktyabrın 1-nə keçən gecə Yasamal rayonu ərazisində Bakı şəhər sakini Mayılxan Cəfərova məxsus “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlanıb.

Evdən 6 min manat aparan saxlanıb

3 Oktyabr 2017 14:51

Oğurluqda şübhəli bilinərək tutulmuş Bərdə rayon sakini Samir Mustafayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən mlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərdən birindən noutbuk oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samir Mustafayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyunun 29-da daha 1 evdən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

İstixanada çətənə kolu aşkar edildi

3 Oktyabr 2017 14:50

Maştağa qəsəbə sakini Rövşən Xalıqova məxsus istixanaya baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Rövşən Xalıqova məxsus istixanaya baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Beynəlxalq Bankın sabiq rəhbər işçisinə AĞIR CƏZA

3 Oktyabr 2017 14:36

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Balıq oğrusu yaxalanıb

2 Oktyabr 2017 16:09

30 kiloqram balıq oğurlamaqda şübhəli bilinən Neftçala şəhər sakini İsmayıl Əliyev tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də rayon ərazisindəki süni göllərdən birindən 30 kiloqram balıq oğurlamaqda şübhəli bilinən şəhər sakini İsmayıl Əliyev tutulub.

Evdən pul və qızıl oğurlayan saxlanıb

2 Oktyabr 2017 16:08

Pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini İlham Əsgərov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də rayon ərazisindəki evlərdən birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini İlham Əsgərov tutulub.

5 evi qarət edən şəxslər tutulublar

2 Oktyabr 2017 16:07

Paytaxtda oğurluq faktının üstü açılıb. DİN_dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından sentyabr ayınadək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Ayxan tutulublar.

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

2 Oktyabr 2017 16:06

Oktyabr ayının ilk günündə respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sumqayıtda törədilən qətlin üstü açılıb

2 Oktyabr 2017 15:31

Bu il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçirilib.

MTN generalının məhkəməsində sənədlərin tədqiqinə başlanıb

2 Oktyabr 2017 12:30

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir sıra sənədlər elan edilib. Hazırda iclas davam edir.