Kriminal
Evlərdən notbuk və qızıl oğurlayan şəxs ələ keçib
Oğurluqda şübhəli bilinən Bərdə rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərdən birindən notbuk və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Samir Mustafayev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Əli İnsanovun məhkəməsinin vaxtı bəlli oldu
Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 14-nə təyin edilib. İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Evdən 5 min manatlıq qızıl aparan tutulub
Şəmkirdə evdən 5 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Şiraslan Həsənov tutulub.
Dələduzluqda təqsirləndirilən baş redaktor vəzifəli şəxslərin adından istifadə edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ata yolu" adlı qəzetin dələduzluqda təqsirləndirilən baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. S. Nəsirova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Sonra zərərçəkmiş şəxslər ifadə verib.
Kredit borcunu ödəyə bilməyən taksi sürücüsünün faciəvi ölümü – TƏFƏRRÜAT
Azərbaycanda gənc qız evində işləyən ustalar tərəfindən döyüldü
Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb. Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb. Məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Afiq Qəhrəmanov 10 il, Rəşadət Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror: “Məhkəmə Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib”
Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası başlayıb. Prosesdə dövlət ittihamçısı Anar Məmmədov çıxış edib. Prokuror bildirib ki, birinci instansiya məhkəməsi Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib, ədalətsiz və yüngül cəza təyin edib. Məhkəmənin gəldiyi nəticəni əsassız adlandıran prokuror deyib ki, onun cinayət əməli sübuta yetirilib.
5 dost özləri üçün 1 qız çağırdı, sonra... - 15 manat söhbəti və NABRAN DƏHŞƏTİ
Evdən oğurluq edən şəxs saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Süleymanov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 2-də rayon ərazisindəki evlərdən birindən 70 manat və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəsur Süleymanov tutulub. Faktla bağlı araşdırma aparılır.
Əvvəlcə həmkəndlisini sonra isə özünü güllələdi
Xaçmaz rayon sakini odlu silahla özünə də xəsarət yetirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib.
Akif Çovdarov özünü öldürmək istəyib
"Tutulmamışdan qabaq istədim özümü öldürüm”. Bunu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmədə deyib. Prosesdə son sözlə çıxış edən A. Çovdarov “Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar", - deyə əlavə edib.
Bakıda ali məktəblərdə terror planlaşdıran şəxsə cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Akif Çovdarov son söz deyir
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs tutuldu
Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb. 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.














