Azərbaycanda gənc qız evində işləyən ustalar tərəfindən döyüldü
Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb. Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.
5 Oktyabr 2017 09:13 KriminalBakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb. Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.
Nəticədə qadın bir neçə nəfər tərəfindən döyülüb. O, başından açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis bölməsi tərəfindən araşdırmalara başlanılıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31