Kriminal
Polis oğurluğa cəhd edəni xüsusi fəndlə zərərsizləşdirdi
Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib.
Məktəb direktorları AĞIR YOL QƏZASI TÖRƏTDİ: yaralılar var - TƏRTƏRDƏ
Tərtər rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.
İŞİD-in azərbaycanlı üzvünə cəza verildi
Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Şəmkirdə qadını döyən maskalılar ələ keçdi
Oktyabrın 4-də DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və müəyyən edilib ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10000 rubl (295 manat) pul aparıblar.
Bakıda universitetlərdə terror planlaşdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə görə, o 11 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.
Akkumlyator oğruları tutulublar
Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də və oktyabrın 3-də rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nizaməddin Ağayev və Yusif Ağayev tutulublar.
Qız öz evlərindən 1000 manatlıq qızıl oğurlayıb
Səbail rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, sentyabrın 20-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun ev sahibəsinin qızı tərəfindən edildiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Neftçala sakinindən tiryək götürülüb
Məhkəmə "Çudo Peçka"nın sahibinin həbs müddətini uzadıb
Bu gün Binəqədi Rayon Məhkəməsində iş adamı, “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və Ç. Cəlilovun həbs müddəti 3 ay artırılıb.
Avtomobil qaçıran saxlanıb
Oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib. DİN-dən “Olaylar”a verilən mlumata görə, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib.
Qaçırılmış maşınla 4 avtomobili, 2 piyadanı vurdu
Oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.
Anadan DƏHŞƏTLİ ƏMƏL: südə zəhər qatıb 5 yaşlı qızına içirdi
Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-ə təyin edilib.
Gözəl Bayramlı daha 2 ay həbsdə qalacaq
AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə baş prokurorun birinci müavini Rüstəm Usubov və müstəntiqin təqdimatı təmin edilib. Gözəl Bayramlının həbs müddəti daha 2 ay müddətinə uzadılıb.
Soyunçuluqla məşğul olan şəxslər saxlanıblar
Bakıda soyğunçuluq edən Azərbaycan və Gürcüstan vətəndaşları saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda iki naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb.

.jpg)












