Kriminal

Qaz sayğacı oğurlayanlar tutlub

10 Oktyabr 2017 15:54

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun və Cəlal İbrahimovun ətraflarında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların cari ilin iyun-sentyabr ayları ərzində Bakı şəhər sakini Elçin Hüseynovla birgə rayon ərazisində 6 həyətyanı sahədən məişət əşyaları və qaz sayğacları oğurlamaları da müəyyən edilib.1-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Hüseynov tutulub.

Türkiyə vətəndaşı həmyerlisinin evini qarət edib

10 Oktyabr 2017 15:45

Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdə oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oktyabrın 7-də N.Abdullayev küçəsində Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdən 680 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən digər bir Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Erdoğan tutulub.

MTN generallarının məhkəməsi təxirə salındı - SƏBƏB?

10 Oktyabr 2017 11:25

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi qeyri müəyyən vaxta kimi təxirə salınıb.

Bir tərəfimdə ərim, digərində o uzanmışdı" - Zorlanan qadın

9 Oktyabr 2017 17:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Türkiyədə azərbaycanlı qadına təcavüz edən şəxs haqqında QƏRAR VERİLDİ

9 Oktyabr 2017 16:59

Türkiyədə baş verən dəhşətli hadisə ilə bağlı yeni məlumat yayılıb.  Samsunda 41 yaşlı Azərbaycan vətəndaşına cinsi təcavüz edib, daha sonra üzünə "kislota" tökən şəxs haqqında yenidən saxlanılma qərarı çıxarılıb. Bir neçə gün öncə saxlanılıb dindirildikdən sonra sərbəst buraxılan şəxs İstanbulda ələ keçirilib. 

Qubada həyat yoldaşını baltalayan şəxs 18 il azadlıqdan məhrum edilib

9 Oktyabr 2017 16:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri tutulub

9 Oktyabr 2017 16:46

Daxili işlər orqanlarının əməkdaşları keyfiyyətsiz yeyinti və sənaye məhsulları hazırlamaqla insan sağlamlığına ciddi təhlükə yaradan, müxtəlif xəstəliklərin yaranmasına səbəb olan, həmçinin ölkənin iqtisadi dayaqlarına, ayrı-ayrı dövlətlərlə idxal-ixrac əməliyyatlarına zərər vuran şəxslərin aşkar edilməsi istiqamətində növbəti kompleks əməliyyat tədbiri keçirib.

Oğruların digər əməlləri üzə çıxdı

9 Oktyabr 2017 14:47

Oğurluqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb.ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.

Ev sahibinə zor tətbiq edərək qızılları aparan maskalılar ələ keçiblər

9 Oktyabr 2017 14:46

Soyğunçuluqda şübhəli bilinən Zaqatala rayon sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 8-də Zaqatala Rayon Polis Şöbəsinə rayonun Muxax kəndindəki evlərdən birindən soyğunçuluq edilməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, təxirəsalınmaz tədbirlər görülüb.

Avtomobil piyadanı vurub öldürdü

9 Oktyabr 2017 14:45

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Metroda cibgirlik edən şəxslər ələ keçdi

9 Oktyabr 2017 14:41

Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a daxil olan məlumata görə, Bakı şəhər sakini Ruhanə Quliyeva metronun “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov saxlanılıb. Ətrafında aparılmış araşdırmalar zamanı məlum olub K. İsmayılov bu əməli bir neçə nəfərlə həyata keçirib.

Xaçmaz sakinindən 3,5 kq marixuana götürülüb

9 Oktyabr 2017 14:40

Xaçmaz rayon sakinində narkotok maddə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Orucağa Mirzalıyevdən 3 kiloqram 495 qram marixuana götürülüb. Araşdırma aparılır.

Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə yekunlaşır

9 Oktyabr 2017 14:10

2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.