Kriminal

Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

12 Oktyabr 2017 12:32

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikap-da vəfat edən Qaradağ rayon sakiniİbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. 

Kürdəmirdə iki "zek"in quldurluğunun təfərrüatları

11 Oktyabr 2017 17:59

DİN-dən verilən məlumata görə, avqustun 23-də  Kürdəmir rayonunda  mənzillərdən birindən quldurluq edilməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gecə saat 3 radələrində 2 maskalı şəxsin Yenikənd kəndindəki mənzillərdən birinə girərək ev sahibəsini döydüyü və oradan 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl əşyalar aparması məlum olub. 

Bir il əvvəl də onu öldürmək istəyirdim — 5 yaşlı qızını zəhərləyən ana

11 Oktyabr 2017 17:35

Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub. Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, B. Ömərovla və qızı Luiza ilə normal münasibətləri olub.

21 evi qarət edən dəstə zərəsizləşdirilib

11 Oktyabr 2017 16:11

Paytaxt Bakıda evləri qarət edən dəstə üzvləri tutulublar. Daxili İşlər Nazirliyindən (DİN) “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə, tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovla bağlı Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.

Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

11 Oktyabr 2017 14:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 18-nə təyin olunub. 

"Kütləvi davada xəsarət alan şagirdin durumu nolmaldır" - 13 saylı məktəbdən açıqlama

11 Oktyabr 2017 13:49

Mingəçevir şəhər 13 saylı məktəbin rəhbərliyi şagirdlər arasında baş verən kütləvi davaya münasibət bildirib. Məktəbin tərbiyyə işləri üzrə direktor müavini İntizar Şirinova report-a baş verən xoşa gəlməz hadisədən hər kəsin təəssüfləndiyini bildirib.

“Cücələrim” mahnısının bəstəkarının barelyefini oğurlayanlar tutulub

11 Oktyabr 2017 13:19

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan dəstə saxlanılıb. Həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədovla bağlı araşdırma aparılır.

“Lotu Quli”nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? – DOSYE

10 Oktyabr 2017 17:58

Keçən il İstanbulda  azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı. Görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov  Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb.

Deputatın qardaşı oğluna 42 min "atdılar" - İş məhkəmədədir

10 Oktyabr 2017 16:41

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 23-də davam etdiriləcək.

Evlərə qənim kəsilmiş şəxs tutulub

10 Oktyabr 2017 16:05

Sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərin birindən su mühərriki və 100 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

Akkumlyator oğrusunun əlləri qandallanıb

10 Oktyabr 2017 16:03

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Azər Güləliyevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyun-sentyabr ayları ərzində şəhər ərazisində 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Evlərə qənim kəsilmiş şəxs tutulub

10 Oktyabr 2017 16:03

Sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 20-də Gəncə şəhəri ərazisindəki evlərin birindən su mühərriki və 100 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

Mobil telefon oğrusu ələ keçib

10 Oktyabr 2017 15:55

Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Teymur Nəzərovun ətrafında Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari il sentyabr ayının 16-da rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edərək mobil telefonunu alması da müəyyən edilib.

Qanunsuz ovla məşğul olan İmişli sakinləri saxlanıb

10 Oktyabr 2017 15:53

İmişli rayonunun Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri Nazir Əliyevdən və Süleyman Məmmədovdan 2 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.