Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikap-da vəfat edən Qaradağ rayon sakiniİbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. 

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikap-da vəfat edən Qaradağ rayon sakiniİbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31