Kriminal
Mağazadan oğurluq edən saxlanıb
Sumqayıt şəhərində oğurluq gaktının üstü “isti izlərlə” açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 10-da şəhər ərazisindəki mağazaların birindən 80 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən İlkin Nağıyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Oğrunun digər əməlləri aşkar edildi
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Turqut Sadıqlının ətrafında Nərimanov RPİ 18-ci PB-nın əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqustun 24-də və sentyabrın 29-da rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.
Bakı sakinindən silah və patron götürülüb
Bakı şəhər sakiniində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Hüseynovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb. Araşdırma aparılır.
Oğurluq edənlər yaxalandılar
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirilib.
Azərbaycanda dəhşətli tələbə cinayəti: əlləri və ayaqları bağlı şəkildə... - YENİLƏNİB
Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib. Bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Mənzildə kişi meyiti aşkar olunub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Bacısına mesaj yazıldığına görə adam öldürən gəncdən XƏBƏR VAR
Bacısına mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Yeniyetməni döyərək pulunu aldılar
Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 11-də Yasamal rayonunun H.Cavid prospektində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməni döyərək içərisində 180 manat olan pulqabısını alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə 26-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər. Təkcə ötən gün ərzində ərazi polis orqanları tərəfindən bu sahədə həyata keçirilən tədbirlərlə ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Tələbə qızların telefonunu oğurlayan uzağa gedə biməyib
Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.Bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.
Dövlət sərhədini pozan 53 nəfər saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Bacı-qardaşın başını kəsən cani həbs edilmədi -Məhkəmə qərarı
Bakıda bacı -qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib. Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib.
Məhkəmə Ramin Hacılıya şərti cəza verdi
Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hacı Məmmədov indi haradadır?
Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır.
2 dostdan Türkiyə vətəndaşına qarşı Şirvanda İNANILMAZ ƏMƏL: arvadının əli ilə... - ŞOK TƏFƏRRÜAT
Şirvan şəhərində quldurluq etməkdə təqsirli bilinən şəhər sakinləri - 1983-cü il təvəllüdlü Ayət Mirzəyev və 1988-ci il təvəllüdlü Natiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.














