Kriminal

Mal-qara oğruları ələ keçiblər

16 Oktyabr 2017 15:45

Vətəndaşlara məxsus mal-qaranın oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri keçirilib.

"Polisləri Müşfiqin adamları bildik..." - Silahlı insidentin TƏFƏRRÜATI

16 Oktyabr 2017 15:16

Dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadənin yaralanması ilə nəticələnən insidentin təfərrüatı məlum olub.

Ermənistanda vəzifəli şəxslər rüşvət alarkən həbs edilib

16 Oktyabr 2017 14:17

Ermənistanın əmək və sosial məsələlər üzrə nazirliyinin tibbi sosioloji ekspertiza agentliyinin rəisi Armen Soğoyan və onun tabeliyində olan işçilər tərəfindən rüşvət alma faktı üzrə cinayət işi məhkəməyə göndərilib.

Falçılıq edən Gürcüstan vətəndaşı tutulub

16 Oktyabr 2017 13:53

Azərbaycanda falçılıq edən Gürcüstan vətəndaşları saxlanılıb. Məlumata görə, hüquq-mühafizə orqanlarına Yevlax rayonunda naməlum iki qadının falçılıq adı ilə vətəndaşları aldatması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Gürcüstan vətəndaşları Nataliya Yenisenko və onu qızı Anjelina olmaları müəyən edilib və onlar tutulublar.

Keçmiş məhbusların mübahisəsi ölümlə nəticələndi

16 Oktyabr 2017 13:49

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Xəstəxanada polis həkimi döydü - Azərbaycanda şok olay

14 Oktyabr 2017 09:52

Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib. Hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib. Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.

Ağdamda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

13 Oktyabr 2017 18:20

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.

Prokuror Britaniya vətəndaşına qarşı soyğunçuluqda təqsirləndirilən şəxslərə cəza istəyib

13 Oktyabr 2017 17:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, Emin Mustafayev və Nicat Hacıyevin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Röyanın keçmiş qaynatası şikayət etdi

13 Oktyabr 2017 16:49

"Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Oğluna toy etmək istəyən anadan ağlasığmaz hərəkət: yad kişi ilə sevişdi, sonra...

13 Oktyabr 2017 16:27

Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kəndində anadan olmuş 1972-ci il təvəllüdlü Fəxriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Fəxriyyə Hüseynova özgə əmlakını ələ keçirmək niyyətilə 1 oktyabr 2015-ci il tarixdə, saat 10.00-da Qazax şəhər H.Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gəlib.