Köhnə tikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub

Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub. Dövlət Gömrük Komitəsindən (DGK) “Olaylar”a verilən məlumata görə, komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan “Tramadol” adlı dərman preparatı aşkar edilib.

Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub. Dövlət Gömrük Komitəsindən (DGK) "Olaylar"a verilən məlumata görə, komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycanın 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir. Aşkar olunan 9028 ədəd "Tramadol"un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31