Polis də "Toyota Prado"ya atəş açıb - Bakıda atışma

Bakıda Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı atışma ilə bağlı hadisədə döngələr dəyişir.

virtualaz.org  bildirir ki, "Toyota Prado" avtomobilini təqib edərkən yüksək vəzifəli polis əməkdaşları müki geyimdə olublar.

Avtomobildə olan şəxslər onları təqib edənlərin polis əməkdaşları yox, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq-əməkdaşı Muşviq Mədətovun adamları olduğunu güman ediblər.

 

Və Orxan Axundzadə avtomobilə yaxınlaşarkən tapança çıxararaq havaya xəbərdarlıq atəşi açıb. Sonra polis əməkdaşları birlikdə "Toyota Prado" avtomobilini atəşə tutaraq ona üst-üstə 11 güllə atıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31