Keçmiş məhbusların mübahisəsi ölümlə nəticələndi
Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
16 Oktyabr 2017 13:49 KriminalDaxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov saxlanılıb. Döş qəfəsində bıçaq xəsarəti olduğu üçün o da xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.