Kriminal
2 dostun qız üstündə atdığı QORXUNC ADDIM
Quldurluqda ittiham olunan Sumqayıt şəhər sakinləri – 1992-ci il təvəllüdlü İsmayıl Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Soyğunçular həm də oğru çıxdılar
Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxslərin oğurluq etmələri aşkar olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vasif Məmmədəliyevin və Elməddin Abbasovun ətraflarında Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari il yanvarın 6-da Beyləqan rayon sakini Kəmaləddin Vəliyevlə birgə Mətləb Hüseynova məxsus yardımçı təsərrüfatdan 3 baş inək oğurlamaları da müəyyən edilib. Görülən tədbirlərlə K.Vəliyev də tutulub.
Oğrunun digər əməlləri də ifşa edildi
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin iyul - avqust ayları ərzində rayon ərazisində 1 kafedən, 1 çay evindən, 1 oyun zalından, habelə 3 avtomobildən pul, mobil telefon, oyun aparatı və noutbuk oğurlaması da müəyyən edilib.
Salondan oyun aparatı aparan yaxalanıb
Kompyüter salonundan oğurluq edən şəxs yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 13-də Rafiq Məmmədova məxsus kompyuter salonundan 2 ədəd oyun aparatı və 12 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Baba İlyasov tutulub. Faktla bağlı araşdırma aparılır.
“Mersedes” vuran piyada ölüb
Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 16-da saat 19 radələrində Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Nuru Zeynalovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qadının çantasından pul oğurlayan saxlanıb
Pul və sənəd oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də şəhər sakini olan bir qadının çantasından 385 manat və sənəd oğurlamaqda şübhəli bilinən Ramiz Həmidov tutulub. Ətrafında aparılan araşdırmalar nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Zibillikdən silah-sursat tapılıb
Xətai rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.
Keçmiş bank sədri barəsində cinayət işi başlandı
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Nikoyl" İnvestisiya Kommersiya Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.
Köhnə tikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub
Astarada köhnə yarımtikilidə külli miqdarda güclü təsir edən maddə aşkar olunub. Dövlət Gömrük Komitəsindən (DGK) “Olaylar”a verilən məlumata görə, komitənin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan “Tramadol” adlı dərman preparatı aşkar edilib.
Vidadi Zeynalovun məhkəməsi başladı
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası başlayıb. Prosesə hakim Qədim Babayev sədrlik edir. Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.
Bakıdakı qanlı atışmanın sirri-yeni detallar
Bakıda yanan binaya görə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Oqtay Vəliyev ifadə verib. O bildirib ki, yanğın nəticəsində mənzilinə ziyan dəyib. O. Vəliyev təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Hakimdən məhkəməyə körpə uşağı ilə gələn nazirlik işçisinə XƏBƏRDARLIQ
Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Aytəkin Bağırovaya çıxış etmək üçün söz verilib. Amma o, məhkəmədən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib: “Zərərçəkənlərin pulunu qaytarmaq niyyətim var. Ona görə də mənə əlavə vaxt verimləsini xahiş edirəm”.
Məktəb direktorunun əri müəllimi döydü - Azərbaycanda
İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. Hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Telefon oğrusu saxlanıb
Mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Hüseynov tutulub.














