İsrail vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsdən xəbər var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rafael Həsənov ifadə verib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rafael Həsənov ifadə verib.

O bildirib ki, N.Abbasov xaricdən maşın və maşın şüşəsi gətirmək adı ilə ondan əvvəl 7500 avro, daha sonra 1000 manat pul alıb: "Mənə həmin puldan heç nə qaytarmadı. Sonra məni Gürcüstana çağırdı, orada telefonumu açmadı. İyirmi gün Tiflisdə məni saxladı, buna görə də ürək xəstəsi olmuşam". N.Abbasov R.Həsənov epizodu üzrə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Rafael pulu Elgizdən alıb. Gələn mənə "atıb". Hətta vəkilim də mənə 1000 manat pul "atıb". Bəs mən sözümü kimə deyim?". 

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən R.Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R.Bəşirzadə N.Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib, N.Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R.Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini deyib.
Daha sonra N.Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Araşdırma zamanı məlum olub ki, N.Həsənov Rəfael Həsənova qarşı da dələduzluq edib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31