“Mersedes” vuran piyada ölüb
Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 16-da saat 19 radələrində Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Nuru Zeynalovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
17 Oktyabr 2017 15:49 KriminalXaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 16-da saat 19 radələrində Xaçmaz rayonunun Məhrəli-qışlaq kəndi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Nuru Zeynalovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.