Qubada həyat yoldaşını baltalayan şəxs 18 il azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il mayın 22-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Ulduz Ələsgərova aldığı zərbələrdən ölüb.  M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub. Qətlə qısqanclıq zəminində baş verən münaqişə səbəb olub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31