Türkiyə vətəndaşı həmyerlisinin evini qarət edib
Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdə oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oktyabrın 7-də N.Abdullayev küçəsində Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdən 680 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən digər bir Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Erdoğan tutulub.
10 Oktyabr 2017 15:45 KriminalTürkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdə oğurluq hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oktyabrın 7-də N.Abdullayev küçəsində Türkiyə vətəndaşı Muhsin Demir Bekir Saminin kirayədə yaşadığı evdən 680 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən digər bir Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Erdoğan tutulub.