Əvvəlcə həmkəndlisini sonra isə özünü güllələdi

Xaçmaz rayon sakini odlu silahla özünə də xəsarət yetirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib.

Xaçmaz rayon sakini odlu silahla özünə də xəsarət yetirib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib. Sonra "VAZ-21011" markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən "İJ-16" markalı tüfəng götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31