Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu

Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb.

qafqazinfo xəbər verir ki, Çorum şəhərində şübhəli yük maşını saxlanılıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerindən isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın düşüb. Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.

Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Azərbaycanın paytaxtı Bakı şəhərində yığılıb və Türkiyə üzərindən gizli olaraq Avropaya keçməyi planlaşdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31