Kriminal

Saatlıda avtomobillə traktor toqquşub - ölən və yaralanan var

19 Sentyabr 2017 15:37

Sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.  Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Ukrayna vətəndaşını istismar edən azərbaycanlılara BƏRAƏT verildi

19 Sentyabr 2017 14:57

İnsan alverində təqsirləndirilən Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.    Qeyd edək ki, həmin şəxslər Ukrayna vətəndaşını Azərbaycanda istismar etməkdə təqsirli bilinib. Onlar Ukrayna vətəndaşını özlərinə məxsus fermada zorla saxlayaraq məcburi əməyə cəlb ediblər. Ukrayna vətəndaşı olan Viktor Paraşenkonun pasportunu əlindən alıb şəraitsiz otaqda saxlayıblar. Ona qarşı fiziki və psixi təzyiq olunub. İstintaq dövründə N.Cahangirov, M.Əliyev, A.Əliyev və Ə.Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

DİN kabel oğurlayan futbolçu ilə bağlı məlumat yaydı

19 Sentyabr 2017 14:41

Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlayan dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar. Qeyd edək ki, hadisədən sonra dəstə üzvləri kabelləri A. Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıtda yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

19 Sentyabr 2017 14:22

Futbol üzrə Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb. Çünki digər namizəd Madrid "Atletiko"sunun “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur. VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalının İspaniya paytaxtında keçirilməsini sual altında qoyub. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.

10 il əvvəl Türkiyədə adam öldürən şəxs Bakıda tutuldu

19 Sentyabr 2017 13:18

Bakıda həbs edilən və Türkiyədə 10 il əvvəl adam öldürməyə cəhd edən Hasan Təkbıçağın öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar qəbul edilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Hasan Təkbıçaq barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib. Onun Türkiyəyə ekstaradisiya edilməsi barədə qərar qəbul edilib. Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən əməliyyat zamanı Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub.

Avtomobildən külli miqdarda pirotexniki vasitə aşkar olunub

19 Sentyabr 2017 12:20

Gömrükdə avtomobildə külli miqdarda pirotexniki vasitə aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

21 ədəd mobil telefon aşkar edildi

19 Sentyabr 2017 12:19

Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefonlar və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobil Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Bibisi oğlunu döyüb öldürdü

19 Sentyabr 2017 12:13

Masallı rayonunda ölüm hadisəsi baş verib. Məlumata görə hadisə rayonun Qızılağac kəndində baş verib. Belə ki, kənd sakini Allahverdiyev Afiq Rafiq oğlu dayısı oğlu Hüseynov Vüsal Rüfət oğlu tərəfindən aralarında yaranmış münaqişə nəticəsində döyülüb. Döyülən A.Allahverdiyev bədənin və baş nayihəsinin sınığı, qapalı-kəllə beyin travması ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Telman İsmayılov axtarışa verilir: 10-dan çox cəsəd, bazarın qəsdən yandırılması, daha nələr...

19 Sentyabr 2017 11:42

Rusiya hüquq-mühafizə orqanları tezliklə azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu xəbəri "Rosbalt" agentliyinin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyində mənbələri olan əməkdaşı Yuri Verşov yayıb. Məlumatda deyilir ki, Telman İsmayılovın adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması da daxil olmaqla bir neçə maddə ilə qaldırılmış cinayət işində artıq fiqurant kimi keçir. Bura Moskvanın Lianozovsk bazarının yandırılması da daxildir.

Türkiyədə izdivac verilişinə qatılan Günel də fahişə çıxdı

19 Sentyabr 2017 11:03

Sayt yaradıb, 700-dən çox qadına fahişəlik etdirən 20 şübhəli arasında olan izdivac verilişlərinin bəy namizədi Birkan K.-ya elçi düşən qadınlardan birinin də eskort olduğu məlum olub. Saxlanılanlardan 3 nəfər həbs edilib, 13 nəfər sərbəst buraxılıb. Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, izdivac verilişində Birkan K.ya elçi düşən azərbaycanlı qız Günel K. eskort saytlarından birində elan verərək bədənini satışa çıxarıb. Qadın polisə ifadə verib. O bildirib ki, azərbaycanlı olduğuna görə sayta pulu ATM-dən göndərə bilmirdi, onun əvəzinə Birkan ödəyib. Lakin Birkan onun fahişəlik etdiyindən xəbərsiz olub.

Tələbə universitetin həyətində bıçaqlandı- Azərbaycanda

19 Sentyabr 2017 10:53

Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb. Hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib. Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu

19 Sentyabr 2017 10:37

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən Anar Allahverənov təslim olub. Bu haqda ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsindən bildirilib. “Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə idarələri tərəfindən keçirilmiş operativ axtarış-kəşfiyyat tədbirlər kompleksi nəticəsində Anar Allahverənov təslim olmağa meylli idi”, - idarənin mətbuat katibi Olqa Alkinin deyib. Onun sözlərinə görə, A. Allahverənov hazırda müstəntiqlərə ifadə verir. Onunla Rusiya İstintaq Komitəsinin Xabarovsk üzrə idarəsinin əməkdaşları işləyirlər.

Klinika rəhbəri məhkəmədə ifadə verib

18 Sentyabr 2017 16:49

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda zərərçəkmiş şəxs qismində "Leyla Şıxlinskaya" klinikasının rəhbəri Leyla Şıxlinskaya ifadə verib. O, dəymiş ziyanın ödənilməsini istəyib. İclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Proses sentyabrın 22-də davam edəcək. Qeyd edək ki, G. Məmmədovanın L. Şıxlinskaya ilə rəfiqə olduğu bildirilir. O, L. Şıxlinskayanın qiyməti 30 min manat olan brilliant üzüyünü satmaq adı ilə alaraq lombarda qoyub, pul götürüb.