Sərxoş sürücü polisi aldatdı
Sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.
19 Sentyabr 2017 15:44 KriminalSentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in "102" Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən "Mercedes" markalı avtomobilinin qaçırılması barədə məlumat verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.