Biləsuvarda şok qəza: bir avtobus xəstəxana işçisi ölüm ayağında – FOTO
20 Sentyabr 2017 10:01 KriminalBiləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
BakuPost.az-a daxil olan məlumata görə, hadisə Nəsimikənd kəndi ərazisində baş verib. Belə ki, rayonun Mərkəzi Xəstəxanasının və poliklinikanın xadimələrinin içərisində olduğu "Mercedes" markalı mikroavtobus kanala aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan bütün xadiməçilər xəsarət alıb. Onlar təcili rayon xəstəxanasına çatdırılıb. 22 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Məsələnin ilginc tərəfi isə odur ki, xəstəxana və poliklinika işçiləri Biləsuvarda Aqropark adlanan ərazidə təsərrüfat sahəsində işləməyə aparılıbmış. Qəza isə oradan qayıdarkən olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



