Kriminal

Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı yeni xəbər

15 Fevral 2018 18:55

2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində müəlliməni oğurlayaraq cinsi təcavüz edən dəstə üzvləri Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından narazı qalıb.

MTN polkovnikinin məhkəməsi təxirə düşdü

15 Fevral 2018 17:52

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə davam edib.

"Çudo Peçka”nın təsisçisinin işi üzrə məhkəmə davam etdirilib

15 Fevral 2018 16:27

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda Ç. Cəlilovun vəkili Janna Bağırova vəsatətlə çıxış edərək ittihama aid olmayan bəzi şahidlərin adının şahidlər siyahısından çıxarılmasını istəyib: “Nazim Bəbirov, İbrahim Qədimov, Elsevər Ələkbərov və Məhərrəm Kişiyevin ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Çünki onlar 2011-ci ilə qədər şirkətdə işləyiblər. İttiham isə 2012-ci ildən verilib”. 

Ötən ay ölkədən çıxışı qadağan olunan 1145,  ölkəyə girişi qadağan olunan 93 nəfər sərhəddən buraxılmayıb

15 Fevral 2018 16:14

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb. DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, onların 12 nəfər Azərbaycan Respublikası, 13 nəfər Özbəkistan, 6 nəfər Gürcüstan, 3 nəfər Pakistan, 2 nəfər İran İslam Respublikası, 2 nəfər Mərakeş, 1 nəfər Rusiya, 1 nəfər Tacikistan, 1 nəfər Konqo, 1 nəfər İraq, 1 nəfər İordaniya, 1 nəfəri Şri-Lanka, 1 nəfər isə Türkiyə vətəndaşı olub.

Sevdiyiylə görüşdü, qızın qohumları tərəfindən döyüldü - Sevgililər günündə

15 Fevral 2018 15:53

Sumqayıt şəhərində Sevgililər günündə sevgilisi ilə görüşən 17 yaşlı oğlan qızın qohumları tərəfindən döyülüb. Hadisə  fevralın 14-də şəhərin 15-ci məhəlləsində baş verib. Belə ki, 15-ci məhəllədə yerləşən yataqxanaların birində yaşayan, 2001-ci il təvəllüdlü Nicat Əli oğlu Hüseynov naməlum şəxşlər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc oğlan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb.

7 avtomobili qarət edən yaxalanıb

15 Fevral 2018 15:43

7 avtomobildən oğurluqda şübhəli bilinən şəxs saxlanb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin yanvar ayınadək olan müddətdə rayon ərazisində 7 avtomobildən akkumulyator, maqnitofon, səsgücləndiricilər və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Vahabov saxlanılıb.

15 evi qarət edən dəstə ələ keçib

15 Fevral 2018 15:42

Ümumilikdə 15 evdən oğurluq etməkdə şübhəli bilinən qrup zərəsizləşdirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 evdən oğurluq etməkdə şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Sərhat Əmirov və Nurlan Ağayev saxlanıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha 13 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Cay evində kazino aşkarlandı

15 Fevral 2018 15:41

Onlayn şəkildə təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin və əyləncə yerlərinin qanunsuz fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Binə sakininin evində marixuana aşkar edilib

15 Fevral 2018 15:38

Binə qəsəbə sakini Mail Ağayevin evində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır. 

Axtarışda olan oğurluğa görə tutuldu

15 Fevral 2018 15:37

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 14-də Şəmkir şəhərində şəhər sakini Elmar Ramazanova məxsus “VAZ-2107” markalı avtomobildən gödəkçə və içərisində sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən rayon sakini Rövşən Bayramlı Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Maşın ağaca çırpıldı - sərnişin öldü

15 Fevral 2018 15:36

Bərdə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 15-də saat 1 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Kamranzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişini, həmyerlisi Tural Allahverdiyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Lombard sahibi Dürrə İsmayılova ilə zərərçəkmişlər arasında gərginlik

15 Fevral 2018 13:30

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına Dürrə İsmayılovanın vəkili gəlməyib. Zərərçəkmişlər buna etiraz ediblər. Hakim isə qeyd edib ki, ötən prosesdə Dürrə İsmayılova səhhəti ilə bağlı iştirak etməyib. Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edərək söyləyib ki, bu prosesin vaxtını bilərəkdən uzatmaqdır. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmək üçün evini satışa qoyduğunu deyib.

Həbsxanada ölən bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi

15 Fevral 2018 13:28

Həbsxanada intihar etdiyi bildirilən bloqqer Mehman Qələndərovun ölümü ilə əlaqədar başlanmış cinayət işinə xitam verilib.  Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat ysyıb.Bildirək ki, M.Qələndərovun 2017-ci il aprelin 28-də Kürdəxanıdakı 1  saylı istintaq təcridxanasında ölümü faktı üzrə Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanmışdı. İstintaqın davam etdirilməsi üçün iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdi.