Kriminal
Quyunun naqilini oğurlayanlar ələ keçiblər
Artezian quyularını elektrik enerjisi təmin edən naqilləri kəsərək oğurlamalamaqda şübhəli bilinən şəxslər saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Kiçikli kəndindəki artezian quyularını elektrik enerjisi təmin edən naqilin 18 metr hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Poladlı kənd sakini Məmmədbağır Misirov və Sarıçoban kənd sakini İsmayıl Ətapur saxlanıllb.
Cəlilabad sakinidən 1 kq heroin götürülüb
Cəlilabad rayon sakinindən narkotik vasitə götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tehran Abdullayevdən 1 kiloqram 15 qram heroin götürülüb.
Qızıl əşya oğruları saxlandı
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9700 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıblar.
Quldurluqla məşğul olan şəxs tutulub
Quldurluqla məşğul olan İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də saat 1 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs İsmayıllı rayon sakini Elşad İsmayılovu döyüb 110 manatını alıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanıb.
Avtoqəzada 2 nəfər ölüb
Astara rayonunun Vaqo kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də saat 16 radələrində Astara rayonunun Vaqo kəndində rayon sakinləri Məhərrəm Məhərrəmovun və Cabbar Nəzirovun idarə etdikləri 2 “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə C.Nəzirov və sərnişini, həmkəndlisi Rasim Məmmədov hadisə yerində ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Oğruda narkotik vasitə aşkar edilib
Oğurluğa cəhd göstərmiş Bərdə rayon sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 12-də Bərdə şəhəri ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı onun üzərindən 7,68 qram marixuana və 0,35 qram heroin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilmiş və oradan 560 qram marixuana və 1,58 qram heroin aşkar edilərək götürülüb.
Ölkəyə qanunsuz qızıl gətirilməsinin qarşısı alınıb
Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.
Taleh Bağırova yenidən hökm oxundu
Bu gün Qaradağ Rayon Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni başlanmış cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Bağırov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.
DTX və polis Bakıda birgə əməliyyat keçirib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və polis Bakıda birgə əməliyyat keçirib. Məlumata görə, paytaxtın Nizami rayonunda həyata keçirilən əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri – Tugay İmanov, Adəm İsmayılov və Ordubad sakini Hacı Qurbanov 400 qram civəni satarkən tutulublar. Faktla bağlı araşdırma aparılır.
Rusiyada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs tutulub
Moskvada “Slavyanskiy bulvar” metrostansiyasının qarşısında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, bu barədə “Moskovskiy Komsomolets” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, ötən gün hüquq-mühafizə orqanları əməkdaşları Rusiyanın Kabarda-Balkar Respublikasından olan 36 yaşlı şübhəlini saxlayıblar. Saxlanılan əvvəllər də məhkum olunub.
Dostunun sevgilisi ilə yeyib-içdi, 9 yaşlı övladını yatağına salıb zorladı, sonra... - Lənkəranda BİABIRÇILIQ
Azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rusiyada yanğın nəticəsində azərbaycanlı ailə ölüb - FOTO, VİDEO (YENİLƏNİB)
Bakıda BİABIRÇILIQ - 16 yaşlı nişanlısını ZORLADI
Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Nişanlı toya qədər gözləyə bilməyib və gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub. Bu barədə Suraxanı rayon hüquq-mühafizə orqanları məlumat yayıb. Məlumata görə, fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib.
Bakıda intihara cəhd edən gənc qadını polislər xilas edib
Bakıda intihara cəhd edən gənc qadını polislər xilas edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Хəzər Rayоn Pоlis İdarəsinə «Mərdəkan körpüsü» dеyilən yеrdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daхil оlub.
Fədayə Laçın əfv üçün müraciət etdi
Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib. Bu barədə özəl olaraq F.Laçının vəkili Türkel Süleymanlı deyib.














