15 evi qarət edən dəstə ələ keçib
Ümumilikdə 15 evdən oğurluq etməkdə şübhəli bilinən qrup zərəsizləşdirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 evdən oğurluq etməkdə şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Sərhat Əmirov və Nurlan Ağayev saxlanıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha 13 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
15 Fevral 2018 15:42 KriminalÜmumilikdə 15 evdən oğurluq etməkdə şübhəli bilinən qrup zərəsizləşdirilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 evdən oğurluq etməkdə şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Sərhat Əmirov və Nurlan Ağayev saxlanıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha 13 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.