Kriminal

Astara sakinindən narkotik vasitə götürülüb

12 Fevral 2018 16:37

Astara rayonunun Ərçivan qəsəbə sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xalıq Fəttayevdən 20 qram, yaşadığı evə baxış zamanı 2 kiloqram 500 qram tiryək və 0,4 qram heroin aşkar edilərək götürülüb.

37 baş qoyun oğurlayan şəxs saxlanıb

12 Fevral 2018 16:36

37 baş qoyun oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Hüseyn Abbasova məxsus fermadan 37 baş qoyun oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini Mehrac Yusubov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 11-nə keçən gecə Horadiz şəhərindəki evlərdən birinin həyətindən 1 rəst at oğurlaması da müəyyən edilib.

Oğrunun üstündə soyuq silah aşkarlanıb

12 Fevral 2018 16:35

Avtomobildən 3 mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 17-də Valeh Babayevə məxsus “Mercedes” markalı avtomobildən 3 mobil telefon və eynək oğurlamaqda şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılmış, ondan bıçaq götürülüb.

Məzar üstən güldan oğurlayanlar saxlanıb

12 Fevral 2018 16:34

Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də şəhər ərazisində yerləşən qəbiristanlıqdakı 1 məzarın üzərindən alüminium güldan oğurlamaqda şübhəli bilinən rayon sakinləri Kərəm Abbasov, Qismət Qurbanov və Vidadi Hüseynov saxlanılıblar.

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

12 Fevral 2018 16:33

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Məlumata görə, 1972-ci ildə Naxçıvanda anadan olan Rəşad Sadiqov dələduzluqda təqsirləndirilir. Belə ki, R.Sadiqov barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başladıb. Axtarışda olan R.Sadiqov isə istintaqdan yayınıb.

Türkiyəli seks-manyak Bakıda saxlandı

12 Fevral 2018 16:26

Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb. Məlumata görə, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında, Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.Saxlanılan şəxsin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.

Zaqatalada 4 günün gəlini öldü: İntihar, yoxsa...?

12 Fevral 2018 15:49

Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb. Hadisə Suvagil kəndində qeydə alınıb. Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Paytaxtda silah satmaq istəyən “iş başında” yaxalanıb

12 Fevral 2018 15:11

Bakıda silah alveri ilə məşğul olan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub.

Müstəntiq vəzifəsindən kənarlaşdırıldı

12 Fevral 2018 14:08

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işini araşdırmış müstəntiq vəzifəsindən kənarlaşdırılıb.  Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun sərəncama götürüldüyü bildirilir. Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsüi olan Əmrulla Şahbazovun törətdiyi göstərilib. Rəhim Rəhimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılır.

Məşhur xanım idmançının evindən içərisində 70 min manat olan seyf oğurlanıb

12 Fevral 2018 11:45

Bakıda məşhur xanım idmançının evi qarət olunub. Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

İlham Rəhimovun qohumunu öldürdülər

12 Fevral 2018 10:11

Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. Qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun küt alətlə qətlə yetirildiyi bildirilib.

Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

11 Fevral 2018 15:08

Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub.Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb."Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.