Avtomobili qaçıran saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 6-na keçən gecə Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində rayon sakini Bəhlul Cəfərovun yaşadığı evin həyətindən “VAZ-2106” markalı avtomobil qaçırılıb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Liman şəhərinin ərazisində tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini Səfər Əkbərov saxlanılıb.
14 Fevral 2018 18:02 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 6-na keçən gecə Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində rayon sakini Bəhlul Cəfərovun yaşadığı evin həyətindən "VAZ-2106" markalı avtomobil qaçırılıb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Liman şəhərinin ərazisində tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini Səfər Əkbərov saxlanılıb.