Kriminal
AST Telmanla bağlı istintaq yekunlaşdı: Günahkardır
Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Rəsmi maaşı 230 manat idi, amma 25 min alırdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib. Xalidə Məmmədova deyib ki, klinikada mama-genekoloq işləyib: "Hazırda Gömrük Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz də əməliyyat edirdik. Nə qədər maaş aldığım yadmda deyil. Xəstənin sayından asılı idi. Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu”.
Vətəndaşın pulunu alan soyğunçu tutulub
Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Zöhrab Ağayev saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini Xəzər Kərimlinin 480 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Ağayev saxlanıb. Araşdırma aparılır.
Evdən 300 manat aparan yaxalanıb
Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də şəhər ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini Mərhəmət Mustafayev saxlanıb. Araşdırma aparılır.
Evdən qızıl aparan ələ keçib
Tərtərdə evlərdən qızıl oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən fevralın 15-nə keçən gecə Qaradağlı kəndindəki evlərin birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Vüsal İbrahimxəlilzadə saxlanıb. Araşdırma aparılır.
Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb
Bakı şəhər sakini Nicat Məmmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 14-də Şamaxı rayon sakini Teymur Əsədovu aldadaraq mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məmmədov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanıb.
Oğruların digər əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Turan Yusubovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayəti Zərdab şəhər sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürovla birgə törətmələri müəyyən edilib.
DMX və DTX birgə əməliyyat keçirib
Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 əcnəbi saxlanılıb. DMX-dan verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub. Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib.
595 qram kalium permanqanat aşkar olundu
Astana-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükü "X-Ray" baxış-rentgen texnikası vasitəsilə görmrük nəzarətindən keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edildiyindən və yükün sahibinin hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan həmin şəxsin əl yükünə təkrar gömrük baxışı keçirilib.
Baş redaktoru hansı cəza gözləyir?
Müxtəlif adamları qəzetində rüsvayedici yazılarla hədələyib onlardan pul almaqda təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabrından həbsdədir. Onun işinə xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. “Olaylar” xəbər verir ki, fevralın 16-da məhkəmədə H.Vəliyev özü ifadə verib.
Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı YENİ XƏBƏR – Azərbaycanda
Polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçunun işi
Üstündə silah gəzdirən Bakı sakini saxlanıb
Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.“Olaylar” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini Anar Əliyev saxlanılıb














