Bakıda "DTX-nın idarə rəisi"  həbs edildi - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb. Azərbaycan vətəndaşı Əliyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.

Azərbaycan vətəndaşı Əliyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Eldəniz Əliyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda E.Əliyevin qeyri-qanuni fəaliyyətinin araşdırılması davam edir. // virtual

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31