Bakıda tanışların içki məclisində qanlı dava - Təfərrüat
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Suraxanı qəsəbəsində 1961-ci il təvəllüdlü Adil Səfərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Məlum olub ki, Adil Səfərov qəsəbə ərazisindəki kafelərdən birində tanışı ilə yeyib-içib. Sərxoş olan tanışlar daha sonra bir-birləri ilə söyüşlə zarafat ediblər.
18 Fevral 2018 15:24 KriminalBakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Suraxanı qəsəbəsində 1961-ci il təvəllüdlü Adil Səfərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Məlum olub ki, Adil Səfərov qəsəbə ərazisindəki kafelərdən birində tanışı ilə yeyib-içib. Sərxoş olan tanışlar daha sonra bir-birləri ilə söyüşlə zarafat ediblər.
Onların zarafatı sonradan bir-birlərinə xoş gəlməyib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübhisə zamanı Adil Səfərova tanışı stolun üstündə meyvə soymaq üçün qoyulan bıçaqla xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanııb. Publika.az