Polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçunun işi

Qardaşını öldürməkdə təqdirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əliyev Əli Ramazan oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər.

Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31