Kriminal

Naftalanda güllələnən qadın kimdir? - Cinayət işi açıldı

28 Mart 2018 17:26

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub. Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.

Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda tutuldu

28 Mart 2018 17:10

Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub. "İnterpol" xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb. O, Azərbaycana ekstradisiya ediləcək.

25 məktəbli forması oğurlayan ələ keçib

28 Mart 2018 15:47

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Şəmsi Şıxəliyev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevral ayının 27-dən mart ayının 9-dək olan müddətdə 90 ədəd məktəbli formasının və 500 ədəd eynəyin oğurlanması barədə müraciət daxil olub.

Güclü təsirli maddələrin ölkəyə keçirilməsinin qarşısı alınıb

28 Mart 2018 13:38

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Hədə-qorxu ilə 5 min manat tələb edən saxlanıldı

28 Mart 2018 13:36

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

“Lotu Quli”yə AĞIR ZƏRBƏ – “Kral” titulu uğrunda müharibə BAŞA ÇATDI

28 Mart 2018 11:47

“Qanuni oğrular” Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxariya Kalaşovun (“Şakro Molodoy”) yerinə “Bir nömrəli oğru” statusu ilə bağlı müzakirələri başa çatdırıb.

Bakıda deputatlığa namizəd həbs olundu – FOTOLAR

27 Mart 2018 20:40

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib. 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib.

Bakıda bankda saxta dollar xırdalamaq istəyən şəxs saxlanılıb

27 Mart 2018 17:57

Bu gün Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb. Kimliyi hələlik məlum olmayan şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər.

Oğurluqda şübhəli bilinən Gəncə sakinləri tutulublar

27 Mart 2018 15:40

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 7-dən cari il martın 10-dək olan müddətdə rayon ərazisindəki 2 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici, 1 limonad sexindən su mühərriki, 1 mağazadan pul, 8 evdən və həyətyanı sahələrdən pul, su sayğacı, su mühərriki, inşaat materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Xəlil Yusibov və Ramil Xasanov saxlanılıblar.

550 manat pul oğurlayan tutulub

27 Mart 2018 15:39

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Xəqani Məmmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 22-də Teyyub Vəliyevin 550 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xəqani Məmmədov saxlanılıb. Araşdırma aparılır. 

Bakıda dələduz qadın tutulub

27 Mart 2018 15:34

Bakıda dələduzluqla məşğul olan qadın daxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də paytaxt sakini Ü.Seyidovanı aldadıb ondan qızıl boyunbağı və 1 cüt sırğa almaqda şübhəli bilinən Yevlax rayon sakini Aygün Məmmədova saxlanılıb. İlkin araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.