Münaqişə zəminində sanatoriyanın qeydiyyatçısını güllələdi
Goranboy rayon sakini həmyerlisini güllə ilə vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 28-də Naftalan şəhərindəki “Sehirli Naftalan” sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirmişdir.
29 Mart 2018 17:04 KriminalGoranboy rayon sakini həmyerlisini güllə ilə vurub. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 28-də Naftalan şəhərindəki "Sehirli Naftalan" sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş G.Zeynalova orada ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılmışdır. Hadisəni törədərkən istifadə etdiyi qundağı kəsilmiş "İJ" markalı tüfəng ondan götürülmüşdür.