Kriminal

Avtomobildən maqnitafon oğurlayan tutulub

29 Mart 2018 17:06

Oğurluqda şübhəli bilinən Bakı şəhər tutulub. DİN-dən “Olaylar”a verilən nməlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisində “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur İsmayılov saxlanılıb.

Münaqişə zəminində sanatoriyanın qeydiyyatçısını güllələdi

29 Mart 2018 17:04

Goranboy rayon sakini həmyerlisini güllə ilə vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 28-də Naftalan şəhərindəki “Sehirli Naftalan” sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirmişdir.

Mənzil oğruları ələ keçiblər

29 Mart 2018 17:03

Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a veriolən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.

Bankomatdan pul oğurlayan saxlanıb

29 Mart 2018 17:02

Şəmkir rayonunda bankomatdan oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib.

Şəhid qızının ölümünə səbəb olan 17 yaşlı Rəhimə hökm oxunmadı

29 Mart 2018 16:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.  Hakim Novruz Kərimovun icraatında olan prosesdə müdafiə çıxışı edilməli idi.  Lakin Rəhim Rəhimovun vəkili iclasa qatılmadığı üçün proses aprelin 2-nə təyin edilib. 

Goranboyda 7 il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb

29 Mart 2018 15:03

Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb. Məlumata görə, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşxəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Bakıda saxta viskilər hazırlayan sex aşkarlandı

29 Mart 2018 14:40

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.

Mənzillərə qənim kəsilənlər ələ keçiblər

29 Mart 2018 13:44

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.

Prokurorluq Sabunçuda təmizlik işləri aparan qadının ölümü ilə bağlı məlumat yayıb

29 Mart 2018 12:59

Martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabah MTN generallarına hökm oxunacaq

29 Mart 2018 12:44

Sabiq MTN generallarına hökm oxunacaq tarix məlum olub. Təqsirləndirilən şəxslərə - ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm sabah elan ediləcək.

12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına 9 illik həbs cəzası verilib

28 Mart 2018 17:30

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Naftalanda güllələnən qadın kimdir? - Cinayət işi açıldı

28 Mart 2018 17:26

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub. Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.

Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda tutuldu

28 Mart 2018 17:10

Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub. "İnterpol" xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb. O, Azərbaycana ekstradisiya ediləcək.