42 yaşlı azərbaycanlı qadın beynəlxalq axtarışa verildi - FOTO
29 Mart 2018 08:48 Kriminalİnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib.
1976-cı il təvəllüdlü Nərgiz Mirzoyeva sənəd saxtalaşdırmaq və dələduzluqda ittiham olunur.
Rusiya hüquq-mühafizə orqanları əməkdaşları N.Mirzoyeva barəsində cinayət işi başlasa da, təqsirləndirilən qadın istintaqdan yayınıb. Bu məqsədlə də Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi barədə qərar çıxarıb.
İnterpol həmin qərar əsasında N.Mirzoyeva barəsində beynəlxalq axtarış elan edib.

Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31