Kriminal
İntihar edən qızın sözləri ÜRƏKLƏRİ DAĞLADI
Almaniyada saxta polislər azərbaycanlını qarət edib
Borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb
Respublika Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti may ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb. Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb. Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
DGK: "Ölkəyə qanunsuz gətirilən dekorativ şamlar aşkarlanıb"
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
Qaçan məhbuslara görə tutulan qarovul rəisinin həbs müddəti yenidən uzadıldı - 3 ay
Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb. Bu barədə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.
Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqlayıb
Abşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Zaqatalada elektrik avadanlıqları və kabelləri olan tikili yanıb
Zaqatalada yanğın faktı qeydə alınıb.
"Beynəlxalq Bank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşları özlərini qismən təqsirli biliblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
9 nəfəri aldadan dələduz saxlanıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb. DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib. Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub.
Fırıldaqçı maşın alverçisi həbs edildi - İNSANLARI BELƏ ALDADIB
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib. Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub. İstintaq tədbirləri ilə müəyyən edilib ki, Emin Cavadov ayrı-ayrı vaxtlarda 4 şəxsin pulunu mənimsəyib və həmin vətəndaşlara ümumilikdə 53 000 manatdan artıq maddi zərər vurub.
"İnterpol"un axtardığı siyasətçi, “çekist”in oğlu Avropada soydaşlarımıza qarşı DƏLƏDUZLUQ edir - FOTOLAR
Almaniyada sığınacaq almaq istəyən azərbaycanlı gənc orada yaşayan həmyerlilərimizə qarşı dələduzluq edib. Zərərçəkənlərin verdiyi məlumata görə, İsmayılzadə Cavidan İlham oğlu adlı bu şəxs bir müddət əvvəl Almaniyaya gələrək, onların etimadını qazanıb və iş qurmaq adıyla külli miqdarda pullarını mənimsəyib. Hələlik adının çəkilməsini istəməyən həmin adamlardan biri Azərbaycanda kifayət qədər tanınmış şəxsdir.














