Sabirabad sakinini qatar vuraraq öldürüb
14 May 2018 00:27 KriminalSabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.
Hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.
Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31