İntihar edən tələbənin ölüm TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Sumqayıtda intihar hadisəsi baş verib.Xeberle.com-un əldə etdiyi məlumata görə,  hadisə 9-cu mikrorayon ev 30-də baş verib.  Bina sakini Pənah Quliyev 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb.  Olay ötən gün gecə 12 radələrində  qeydə alınıb.  Bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alan P. Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məktəblinin anasının təhsil ocaqlarının birində müəllim işlədiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Pənah Quliyev Qubadlı  11-ci sinif şagirdi idi.  Mərhumun atası bu yaxınlarda dünyasını dəyişib və mayın 26-da 40 mərasimi olacaqdı. Əldə etdiyimiz məlumata görə, P. Quliyev  atasının ölümündən sonra ciddi sarsıntı keçirib  və intihar etməsininin bununla bağlı olduğu deyilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31