ABŞ “Komançero” bayker qruplaşmasına və “Ndrangeta” mafiyasına sanksiya tətbiq edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi narkotik ticarəti ilə məşğul olan Avstraliyanın "Komançero" bayker qruplaşmasına və İtaliyanın "Ndrangeta" mafiyasına qarşı sanksiyalar tətbiq edib. Nazirliyin məlumatına görə, hər iki beynəlxalq cinayətkar təşkilat ABŞ-də terror təşkilatı kimi tanınan narkokartellərə yardım göstərir. Məhdudlaşdırıcı tədbirlər, həmçinin 14 fiziki şəxsi və "Ndrangeta"nın Kanada bölməsinin üzvü tərəfindən idarə olunan Kanadadakı dörd şirkəti (üç dəfn bürosu və bir limuzin icarəsi firması) əhatə edir və onların ABŞ-dəki aktivlərinin dondurulmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31