İtaliya mafiyasına sanksiyalar tətbiq edilib

ABŞ Maliyyə Nazirliyi İtaliyanın "Ndrangeta" mafiya qruplaşmasına, eləcə də Avstraliyanın "Comanchero" bayker qruplaşmasına qarşı sanksiyalar tətbiq edib.

TASS xəbər veirr ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli iki beynəlxalq təşkilata - Avstraliyanın "Comanchero" bayker qruplaşmasına və mafiya tipli fəaliyyət göstərən İtaliyanın "Ndrangeta" cinayətkar qruplaşmasına qarşı sanksiyalar tətbiq edib", - bəyanatda qeyd olunub.

Nazirlik bildirib ki, "Ndrangeta" və Avstraliya qruplaşması narkotik vasitələrin ABŞ və Avropaya tədarük kanallarının təşkilində, eləcə də narkokartellərin vəsaitlərinin yuyulmasında iştirak edir. Qurum bu mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizədə İtaliya, Avstraliya və Yeni Zelandiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.

" Ndrangeta" İtaliyanın ən güclü cinayətkar qruplaşması hesab olunur. Qruplaşma Cənubi Amerikadan Avropaya kokain tədarükü kanallarına nəzarət edir. Onun əsası İtaliyanın ən yoxsul bölgələrindən biri hesab edilən Kalabriya regionunda qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31